2 Fevral 2023 13:13
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İsfahan yaxınlığında pilotsuz təyyarə hücumuna görə İsraili günahlandırıb və qisas alacağını iddia edib.

Teleqraf.com xəbər verir ki, İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani BMT baş katibinə məktub yazaraq, ilkin araşdırmaların şənbə gecəsi baş verən hücuma görə İsrailin məsuliyyət daşıdığını göstərdiyini bildirib.

Məktubda deyilir: “İran öz milli təhlükəsizliyini müdafiə etmək və İsrail hər hansı təhdid və ya yanlış hərəkətinə lazım bildiyi vaxt və yerdə cavab vermək kimi qanuni və təbii haqqını qoruyur”.

Heç bir itkiyə səbəb olmayan hücum İran və Qərb dövlətləri arasında Tehranın nüvə fəaliyyətləri, silah tədarükü və ölkədə aylarla davam edən anti-hökumət etirazları ilə bağlı gərginliyin yaşandığı bir vaxta təsadüf edib.

İsrail dəfələrlə bəyan edib ki, Tehranın nüvə və ya raket proqramları ilə bağlı diplomatiyası uğursuz olarsa, İran hədəflərinə hücumlar təşkil edə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər