ABŞ təkzib etdi
Amerika Birləşmiş Ştatları Suriyada qəzaya uğrayan təyyarənin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən vurulmadığını açıqlayıb.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, təyyarənin vurulduğunu və iordaniyalı pilotu əsir aldığını iddia edən İŞİD terrorçuları pilotun fotolarını sosial mediada paylaşıb. Şəkillərdə pilotun silahlı qrup tərəfindən yarı çılpaq halda aparıldığı görünür.
Birləşmiş Millətlər Təşkilatı (BMT) isə pilotun azad olunması üçün müraciət etdiyini deyib. Bununla bağlı BMT sözçüsü Stefane Duyarrik danışıb: “BMT-nin baş katibi Pan Gi Mun əsir düşən pilota beynəlxalq hüquq normaları əsasında davranılması çağırışını edib”.
Qeyd edək ki, təyyarə dünən Suriyanın Rakka şəhərində qəzaya uğrayıb.
Samir