2023-cü il yanvarın ortalarında ABŞ prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsə Ukrayna və Rusiyanın danışıqlara hazırlığını yoxlamağı tapşırmışdı. Berns Ukrayna ərazilərinin müqabilində müharibəni dayandırmağı təklif edib.
Teleqraf.com xəbər verir ki, Almaniya hökumətindəki iki mənbənin “Neue Zürcher Zeitung” nəşrinə verdiyi məlumata görə, Berns Kiyevə “torpaq müqabilində sülh”, Moskvaya isə “sülh müqabilində torpaq” təklif edib. Sülh müqabilində torpaq dedikdə, Donetsk və Luqansk vilayətləri ilə üst-üstə düşən Ukrayna ərazisinin təxminən 20%-i nəzərdə tutulur.
Kiyev Ukrayna ərazisini bölməkdən imtina edib, Moskva isə hələ də uzunmüddətli perspektivdə müharibədə qalib gəlmək ümidindədir.
Nəşr qeyd edir ki, belə planın rədd edilməsi Ukraynanın Qərb tankları ilə təmin olunması qərarını gücləndirib.
Məhz Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun bu səfərlərindən sonra ABŞ prezidenti Almaniya kansleri Olaf Şolzun təkidinə boyun əyərək Ukraynaya “Abrams” döyüş tankları vermək qərarına gəlib. Bu, Berlinin “Leopard 2”nin ötürülməsi ilə bağlı mövqeyini blokdan çıxarıb. Eyni zamanda digər dövlətlərin Kiyevə tank verməsini stumullaşdırıb.