4 Fevral 2023 13:34
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Latın Amerikası üzərində uçan başqa bir Çin casus şarını qiymətləndirdiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder deyib ki, Çinə məxsus hava şarı Latın Amerikası üzərindən keçib.

“Biz bunu Çinin başqa bir müşahidə addımı hesab edirik. İndiki mərhələdə başqa heç bir məlumatımız yoxdur”,- general əlavə edib.

Pentaqon bir neçə gün əvvəl ABŞ hava məkanında Çinin yüksək hündürlükdə müşahidə şarını aşkar etmişdi.

Hava şarının hazırda ABŞ-ın daxili ərazilərində 60 min fut yüksəklikdə uçduğunu bildirən Pentaqon onun mülki aviasiya və quruya fiziki təhlükə yaratmadığını açıqlayıb.

Bundan sonra ABŞ dövlət katibi Antoni Blinken gələn həftə Pekinə səfərini təxirə salıb.


Müəllif: Nemət

Oxşar xəbərlər