NATO Moskvaya “START” razılaşması ilə bağlı xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin gərginliyi artırdığı bir şəraitdə Moskvanın beynəlxalq öhdəliklərinə əməl etməməsi mövcud problemləri daha da artırır.
Rusiyanın məcburi olan Strateji Silahların Azaldılması üzrə Yeni Müqaviləyə (START) əməl etməməsi NATO-nun reaksiyasına səbəb olub.
Yeni START-ın Rusiya və ABŞ-ın strateji nüvə qüvvələrini məhdudlaşdıraraq beynəlxalq sabitliyə töhfə verdiyini ifadə edən NATO elan edib ki, Rusiyanın Yeni Başlanğıc Müqaviləsi çərçivəsində hüquqi cəhətdən məcburi öhdəliklərinə əməl etmədiyini narahatlıq yaradır.
NATO Rusiyanı təftişlərə icazə verməklə və danışıqlara qayıtmaqla öz öhdəliklərini yerinə yetirməyə çağırıb.
Rusiya buna cavab olaraq ABŞ-ı iki ölkə arasında silahlara nəzarət sazişlərini pozmaqda ittiham edib.
Qeyd edək ki, müqavilə iki ölkə arasında qüvvədə olan sonuncu nüvə sazişidir.