6 Fevral 2023 09:05
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa mart ayından etibarən Rusiya ilə sərhəddə elektron sədd çəkməyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Polşa Sərhəd Mühafizəsinin mətbuat xidmətinin rəhbəri Anna Mixalskaya deyib.

"Kalininqrad vilayəti ilə sərhəddə elektron səddin tikintisinə martda başlanılması planlaşdırılır. Kalininqrad vilayəti ilə ərazidəki elektron sistem quru sərhədinin təxminən 200 kilometrində işləyəcək. Elektron sədd sensorlar və kameralar sistemidir ki, onun sayəsində hava şəraitindən asılı olmayaraq, sərhəddə qalmadan əraziyə 24 saat nəzarət etmək mümkündür", - deyə A.Mixalskaya bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Polşa-Rusiya sərhədində tikanlı məftilli maneə quraşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər