Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədə baş verən zəlzələnin süni şəkildə törədilməsi ilə bağlı iddialara aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, Qurban Yetirmişli bu zəlzələnin baş verməsinin geodinamik proseslərlə bağlı olduğunu deyib.
“Harada partlayış var, harada zəlzələ olub, onu biz ayıra bilirik. Bəzən faydalı qazıntı yataqlarında tədqiqat aparılarkən onlar partladılır. Lakin bu zəlzələ geodinamik hadisələr nəticəsində baş verib”.