7 Fevral 2023 10:46
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Ukraynaya F-16 qırıcıları verməmələrinin səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Amerika lideri bunların ölkədə qalmalı olduqlarına inanır.

Bayden jurnalistlərlə söhbətində F-16-ların Ukraynaya göndərilməsinə niyə qarşı olduğu sualına belə cavab verib:

“Çünki biz onları burada saxlamalıyıq. Bu, tamamilə fərqli bir vəziyyətdir”.

Qeyd edək ki, Ukrayna bundan əvvəl dəfələrlə ABŞ, Almaniya, Fransa və digər Avropa Birliyi dövlətlərinə müraciət edərək F-16 qırıcıları istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər