Baxmut səmasında Ukrayna sərhədçiləri Rusiyanın Su-25 hücum təyyarəsini vurub.
Teleqraf.com xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, düşmənin hücum aviasiyası müdafiə xəttində irəliləyən piyada qoşunlarını havadan əhatə edib.
“Sərhəd bölmələrindən birinin MANPAD-ları atəş açıb və Su-25 döyüş təyyarəsini vurub. Təyyarə raket zərbəsi nəticəsində alovlanıb və qəzaya uğrayıb, pilotun taleyi hələlik məlum deyil”, - deyə məlumatda bildirilir.