İqor Klimenko Ukrayna daxili işlər naziri təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu qərar Ali Radanın bu gün keçirilən iclasında qəbul edilib.
Daxili İşlər Nazirliyinin yeni rəhbərini Ukraynanın baş naziri Denis Şmıxal təqdim edib.
Radanın 321 deputatı Klimenkonun namizədliyini dəstəkləyib.
Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın daxili işlər naziri helikopter qəzasında həyatını itirmişdi.