“Rusiya Federasiyası ərazisindəki hədəfləri məhv etmək üçün bütün silahlarımız var və biz əsgərlərimizə bunu qadağan etmirik".
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
O deyib ki, Ukraynanın Rusiya ərazisindəki hədəfləri vurmaq üçün öz silahı var və buna heç nə mane olmayacaq:
“Rusiya ərazisinə gəlincə, heç kim bizə Ukrayna istehsalı olan silahlarla hədəfləri məhv etməyi qadağan etmir. Bizdə belə silahlar varmı? Bəli, var”.