8 Fevral 2023 09:31
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi komandanlığı qeyri-real zaman ərzində ordusunun kifayət qədər döyüş gücü olmasa belə, Donetsk bölgəsini ələ keçirmək üçün yeni böyük hücuma keçməyə tələsir.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) açıqlamasında deyilir.

Qeyd edilir ki, sürət ləngliyi Rusiyada sursat çatışmazlığı, uğurlu və cəld hücum üçün lazım olan manevr bölmələrinin yoxluğu ilə izah olunur. Ekspertlər əmindirlər ki, Rusiya müharibənin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərmək üçün lazımi döyüş gücünü artırmaqda çətinlik çəkir, hərbi komandirlər isə qeyri-real və irimiqyaslı irəliləyiş tələbində təkiud edirlər.

“Rusiya rəhbərliyi yenə də öz hərbi imkanları ilə bağlı yanlış fərziyyələrə əsaslanır, həlledici hücum planlaşdırır, halbuki iri hücum əməliyyatını dəstəkləmək üçün zəruri döyüş gücünə malik deyil”, - Müharibə Araşdırmaları İnstitutu vurğulayıb.

Analitiklər Rusiyanın 2023-cü ilin əvvəlində hücuma hazırlıq barədə siqnal verməsini izləyiblər və belə qənaətə gəliblər ki, zaman və məkan Rusiyanın sürətli və genişmiqyaslı irəliləyişinə mane ola bilər, çünki bu, manevr müharibəsi üçün yararsızdır.


Müəllif: Nemət

Oxşar xəbərlər