BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil, regionda sülhün və təhlükəsizliyin bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçev “RİA Novosti"yə müsahibəsində deyib.
O qeyd edib ki, beynəlxalq və xarici təşkilatlardan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi hələ də Qarabağda işləyir və BMT-nin humanitar qurumları hətta ilkin ehtiyacları həyata keçirmək üçün belə icazə almayıb.
İliçevin fikrincə, çətinliklər tərəflərə bərabər mövqe ilə yanaşmaq, o cümlədən regiona giriş-çıxış, hesabatların verilməsi, nəzarət və humanitar fəaliyyətlərin qurulmasının hüquqi əsasları ilə əlaqədar yaranır.