8 Fevral 2023 21:49
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 1 milyon 60 min insan tutumunda sığınacaqlar təşkil edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O qeyd edib ki, zəlzələ bölgələrinə artıq təbii qazın verilməsi başlayacaq.

"1 milyon 60 min insan tutumunda sığınacaqlar təşkil edilib. Hazırda zəlzələ bölgəsində 103 min 800 şəxs axtarış və xilas-etmə işlərində iştirak edir”, - deyə F.Oktay əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər