9 Fevral 2023 00:13
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa tərəfi ABŞ-dən HIMARS reaktiv yaylım atəşi sistemləri üçün 500-dən çox modul alacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

O qeyd edib ki, bu il ölkəyə 506 buraxılış qurğusu tədarük olunacaq.

Nazir vurğulayıb ki, müvafiq sistemlər Polşa istehsalı olan yük maşınlarında quraşdırılacaq.

Qeyd edək ki, bir müddət öncə Dövlət Departamenti ABŞ-nin Polşaya 10 milyard dollara silah - sursat satacağını təsdiqləyib.


Müəllif: Teleqraf.com