Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-nə çatıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, azı 3 min nəfər isə yaralanıb.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.