9 Fevral 2023 15:44
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya voleybol matçı üçün Adıyamana gedən və hazırda dağıntılar altında qalan qadın və kişi voleybol komandasından şad xəbər gözləyir.

Teleqraf.com xəbər verir ki, episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlənin nəticələri dünyanın əsas gündəmindədir.

İdman matçı üçün Adıyamana gedən və dağıntılar altında qalan kişi və qadın voleybolçuların ümidli mübarizəsi hələ də davam edir.

Adıyamanda qaldıqları otelin dağılması nəticəsində dağıntılar altında qalan voleybol komandasının şagird və müəllimlərinin sayının 38 nəfər olduğu bildirilir.

Şimali Kiprin təhsil naziri Nazım Çavuşoğlu Gazimağusa Türk Maarif Kollecinin tələbələri və müəllimlərinin dağıntılar altında olduğunu açıqlayıb.

KKTC-dən olan tələbələrin ailələri saatlarla dağıntıların altında qalan uşaqlarından xoş xəbər gözləyir.

“Heç bir xəbər yoxdur. Onların qaldıqları səkkiz mərtəbəli bina tamamilə dağılıb”, - idmançılardan birinin anası qeyd edib.


Müəllif: Nemət

Oxşar xəbərlər