9 Fevral 2023 17:56
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Baş naziri Mateuş Moravetski Ukrayna böhranı ilə bağlı Rusiya ilə danışıqlara qarşı olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, hökumət başçısı Rusiyanı “terrorçu dövlət” adlandırıb.

“Biz terrorçularla danışıqlar aparmırıq. Rusiya indi terrorçu dövlətə çevrilib. Polşa hesab edir ki, Ukrayna münaqişəsi ölkəmiz və bütün Avropa üçün ekzistensial təhlükədir. Rusiya qalib gəlsə, bütün geosiyasi təhlillər çölə atıla bilər”, - Moravetski deyib.

Baş nazir həmçinin Rusiya üzərində mümkün qələbəni “Polşa və Avropa dövlətlərinin məsələsi” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər