Böyük Britaniyanın baş naziri Rişi Sunak nazirlərdən və rəsmilərdən ölkənin Avropa İttifaqı ilə əlaqələrini bərpa etmək üçün plan hazırlamağı xahiş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazır.
Məlumata görə, söhbət müdafiə, miqrasiya, ticarət, enerji və beynəlxalq standartlar sahələrində daha sıx əməkdaşlıqdan gedir.
Xəbər verilir ki, Böyük Britaniya tezliklə Avropa İttifaqı ilə Şimali İrlandiya üçün ticarət sazişləri ilə bağlı uzun müddətdir davam edən mübahisə ilə bağlı qərarını elan edə bilər.
Sunakın komandası hesab edir ki, bu Brüssel və London arasında münasibətlərin yaxşılaşdırılması üçün əsasdır.