13 Fevral 2023 09:00
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Moskvadakı səfirliyi vətəndaşlarını ölkəni tərk etməyə və bura gəlməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu bəyanat diplomatik nümayəndəliyin saytında dərc olunub.

Səfirlik ABŞ vətəndaşlarının Rusiyaya daxil olmasının tövsiyə edilməməsinin səbəbləri arasında təqib ehtimalı, Rusiya kəşfiyyat orqanları tərəfindən qanunsuz həbs və uçuşlara qadağa qoyulması, konsulluq yardımı göstərmək imkanlarının məhdudluğu ilə əlaqələndirib.

Qeyd olunur ki, ABŞ hökumətinin Rusiyada ABŞ vətəndaşlarına rutin və ya təcili yardım xidmətləri göstərmək imkanları, xüsusən də ABŞ-ın Moskvadakı səfirliyindən uzaq ərazilərdə ciddi şəkildə məhdudlaşdırılıb.

Hesabatda vurğulanır ki, sentyabr ayında səfərbərlik elan edildikdən sonra Rusiya Federasiyası ikili ABŞ vətəndaşlığını tanımaqdan imtina edə, vətəndaşları konsulluq yardımından məhrum edə, onları hərbi xidmətə cəlb edə, habelə ölkədən çıxmasına mane ola bilər.

"ABŞ vətəndaşları bilməlidirlər ki, ABŞ-ın kredit və debet kartları Rusiyada işləmir və Rusiya banklarına tətbiq edilən sanksiyalara görə ABŞ-dan elektron köçürmə imkanları son dərəcə məhduddur", -səfirlik xatırladıb.


Müəllif: Nemət

Oxşar xəbərlər