16 Fevral 2023 13:57
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gördüymüz budur ki, Rusiya öz iradəsini suveren ölkələrə sırımağa çalışır. Ukrayna məsələsində bunu qoşunu və zorakılıqla edir, digərlərinə qarşı daha az kəskin taktikalardan istifadə olunur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistanla bağlı son açıqlamasına istinadən deyib.

“Beynəlxalq hüquq suverenlik, müstəqillik və ərazi bütövlüyü anlayışını müdafiə edir. Bu, Rusiyanın Ukraynada, eləcə də digər ölkələrdə pozduğu şeydir”, - ABŞ rəsmisi bildirib.

Bundan əvvəl Volodin Avropa Birliyinin müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı qərarını şərh edərkən İrəvana Avropa strukturlarını, xüsusilə Avropa Parlamenti və AŞPA-nı münaqişənin həllinə cəlb etmək cəhdlərindən çəkinməyi tövsiyə edib. O, İrəvanın bu səylərinin Ermənistanın gələcək varlığını sual altında qoyduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər