16 Fevral 2023 18:29
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Oçeretnaya (keçmiş Putina) İspaniyada sahib olduğu daşınmaz əmlakdan təcili qurtulmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” qəzeti məlumat yayıb.

Rusiyanın keçmiş birnci xanımı İspaniyanın Marbella şəhərindəki “Lomas del Rey” yaşayış kompleksində iki mənzilə sahibdir.

2.2 milyon avro dəyərində olan mənzilləri Lüdmilanın hazırkı əri Artur Oçeretnı alıb. Amma bir sıra media qurumları Oçeretnının bu mənzilləri Putinin keçmiş arvadının pulları ilə aldıqlarını iddia edirlər.

Daşınmaz əmlakın təcili satışının səbəbi Lüdmilanın Avropa Birliyinin sanksiyalarına düşmək qorxusu ola bilər.

Bu halda Avropadakı daşınmaz əmlaklarının müsadirəsi qaçılmaz olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər