18 Fevral 2023 11:18
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Ukraynaya dəstək üçün yeni addım atıb.

Teleqraf.com xəbər verir ki, hökumət silah sənayesi üçün 100 milyard avroluq əlavə paket ayırıb.

“Biz başa düşməliyik ki, təhlükəsizliyimiz üçün ən mühüm silah və sursatların istehsalını artırmalıyıq”, - Kansler Olaf Şoulz vurğulayıb.

Onun sözlərinə görə, artıq müdafiə qabiliyyətinin gücləndirilməsi, eyni zamanda Ukraynaya yardımın artırılması istiqamətində addımlar atılır:

"Xüsusilə, bir neçə onilliklər əvvəl dayandırılmış “Leopard” özüyeriyən silahları üçün döyüş sursatlarının istehsalı bərpa olunur. Eyni şey tanklar üçün döyüş sursatlarına da aiddir, bu məsələ indi müzakirə olunur".

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya silah tədarükü üçün vəsaitin əhəmiyyətli dərəcədə artırılmasını zəruri hesab edib: "Maliyyə Nazirliyi ilə danışıqlar zamanı hərbi idarənin planlaşdırıcıları cari büdcəyə kəskin əlavə ehtiyac olduğunu bildirdilər. Bu, 2023-cü ildə təxminən ikidən altı milyard avroya qədər artmalıdır".


Müəllif: Nemət

Oxşar xəbərlər