Somalidə “Əl Şəbab” terror təşkilatı Afrika ittifaqının sülhməramlı missiyasının bazasına hücum təşkil edib.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, hücum zamanı 9 terrorçu öldürülüb. Bundan əlavə toqquşmalarda 3 terrorçunun əsir alındığı, 3 əsgərin və 1 mülki vətəndaşın həyatını itirdiyi qeyd edilib.
Rəsmilər hücumlarda bazada yerləşən 3 yanacaq anbarının 2 kamikadze tərəfindən partladıldığını bildiriblər.
Samir