20 Fevral 2023 08:29
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində azı 19 nəfər ölüb, onlarla insan itkin düşüb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "G1" portalı xəbər verib.

Məlumata əsasən, son sutka ərzində bölgəyə bir aylıq yağıntı düşüb. Təbii fəlakət çoxsaylı daşqınlara və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlarla insan dağıntılar altında qalmaqda davam edir.

Təbii fəlakətdən əziyyət çəkən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Bir çox ərazilərdə su və elektrik enerjisinin verilişi dayandırılıb, mobil rabitə işləmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər