“Belarus pasifizmi qurban verməklə sinonim deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında deyib.
Lukaşenko iclasda ölkənin milli təhlükəsizlik konsepsiyasının yeniləndiyini açıqlayıb.
Prezident belə sənədlərin qapalı olduğu bir sıra ölkələrdən, o cümlədən postsovet məkanından fərqli olaraq Belarusun heç nəyi gizlətməyəcəyini söyləyib.
“Bu, mənim əsas tələbimdir, bilirsiniz. Birbaşa və açıq şəkildə prioritetlərimizi bəyan etməli, siyasətimizin şəffaflığını, Belarusun məsuliyyətli tərəfdaş kimi etibarlılığını dünya ictimaiyyətinə göstərməliyik. Ancaq eyni zamanda, tərəfdaşlarımız bilməlidirlər ki, Belarus pasifizmi qurban verməklə sinonim deyil. Hər hansı bir təcavüz halında, artıq bir neçə dəfə dediyim kimi, cavab tez, sərt və adekvat olacaq”, - Belarus lideri vurğulayıb.