ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskiyə dərhal zəng edəcəyini vəd edib.
Teleqraf.com xəbər verir ki, eks-prezident bu halda böhranı 24 saata həll edəcəyini deyib.
“Həmin gecə qələbəm məlum olan kimi, dərhal iki nəfərə zəng edəcəm: Putin və Zelenskiyə. Onlara “görüşməliyik” deyəcəm. Bu problemi həll edəcəyimə zəmanət verirəm, 24 saat ərzində müqaviləni bağlayacağıq”, - Tramp bildirib.