Qırılmalar bir-birinin davamıdır. Təəssüf ki, bu, fasilələrlə davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Qazi Universiteti Zəlzələ Araşdırma Mərkəzinin Qurucu rəhbəri, professor Süleyman Pampal Türkiyədə baş verən zəlzələ haqqında danışarkən bildirib.
Pampal deyib ki, Kahramanmaraş daxil olmaqla 11 vilayətdə baş verən iki böyük zəlzələdən sonra ortaya çıxan 6,4 bal gücündə zəlzələ gözləniləndir:
"İskenderun körfəzinin şərq tərəfindən Kiprə - cənuba doğru davam edən 6.4 gücündə zəlzələ Antakya kənarında qırılıb. Orada çoxlu çatlar var, bir-birini qırıb təkanlara səbəb olur. Orta dərəcədə - dağıdıcı olan və olmayan zəlzələlər baş verə bilər. Cənubda Pazarcıkdan başlayaraq Hatay istiqamətinə, Hatayın çox yaxın şimalına qədər uzanan və şimalda Adıyamandan Çətinkayaya qədər çatan qırılmalar var. Bölgədə bir-birinə paralel çoxlu, ətrafda daha kiçik miqyaslı qırılmalar var. Biz proqniz edirik ki, o zəlzələdən sonra cənubda və şimalda yeni dağıdıcı zəlzələlər ola bilər".