23 Fevral 2023 00:55
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Milan şəhər prokurorluğu "Meta" korporasiyasına qarşı istintaqa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "ANSA" agentliyi xəbər verib.

Məlumata əsasən, korporasiya 870 milyon avro məbləğində ƏDV-nin ödənilməməsi ilə bağlı şübhəli bilinir.

Bildirilib ki, səlahiyyətli orqanlar tərəfindən aparılan yoxlama nəticəsində "Facebook", "Instagram"ın və "WhatsApp" messencerin sahibi olan korporasiya 2015-2021-ci illər arasında əlavə dəyər parametrləri qeyd etməyib.


Müəllif: Teleqraf.com