Rusiyanın Ukraynaya qarşı müharibəsi ən azı bir il davam edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
O hesab edir ki, artıq Rusiya Prezidenti Vladimir Putin məğlub olub.
“Düşünürəm ki, Rusiya təkcə Ukrayna xalqının həyatına deyil, həm də öz əsgərlərinə tam etinasızlıq nümayiş etdirib. Biz 12 aydır müharibəni izləyirik və bunun nəticəsində 188 min rus əsgəri həlak olub və ya yaralanıb. Bu fəlakət səhv plan və prezident Putinin təcavüzünün nəticəsidir”.
Nazir əlavə edib ki, Putin dayanmayacaq: “Putin artıq bütün Ukraynanı işğal etmək məqsədinə nail ola bilməyib, ordusunun 97%-i artıq müharibəyə qoşulub və tanklarının üçdə ikisi məhv edilib”.