23 Fevral 2023 21:58
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin müavini Nuland bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə - fevralın 24-də Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

"Biz həmçinin Çində yerləşən şirkətlərə və ya sanksiyalardan yayınmaq üçün tədbirlər gördüklərinə inandığımız Avropadakı Çin müəssisələrinə təzyiqi artıracağıq" Nuland deyib.

Eyni zamanda, Reuters-in məlumatına görə, Aİ ölkələri yenidən Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyiblər, danışıqlar fevralın 24-də bərpa olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər