“Son bir neçə gündə baş verənlər göstərdi ki, Vladimir Putin hakimiyyətini itirir. İlk dəfədir ki, ətrafını qoruya bilmir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı və istefada olan FSB (Federal Təhlükəsizlik Xidməti) polkovniki Gennadi Qudkov deyib.
“Generallar Priqojindən (“Vaqner”in rəhbəri) qisas alırlar. Bu onu deməyə əsas verir ki, Putin zəifləyir, Putin Priqojini qoruya bilmir, bunu istəyir, amma edə bilmir. O da bəllidir ki, Putin Priqojini təhvil verə bilməz. Bu, ilk belə vəziyyətdir, yəni Priqojin Gerasimovdan silah ala bilmir. Çünki generallar ona ultimatum veriblər”, - sabiq deputat bildirib.
Qudkov iddia edir ki, generallar Priqojinlə yanaşı, Çeçenistan lideri Ramzan Kadırova da nifrət edirlər. O, Çeçenistan başçısının situasiya uyğun olaraq, Rusiya liderinin nəzarətindən çıxa biləcəyini də söyləyib.