Əfqanıstan və Pakistan arasında təxminən bir həftədir bağlı olan “Torkham” Sərhəd Qapısı yenidən sərnişin və ticarət keçidlərinə açılıb.
Teleqraf.com xəbər verir ki, bunu sərhəddəki Nangerhar əyalətinin Mədəniyyət və İnformasiya direktoru Nur Məhəmməd Hənif açıqlayıb.
Sərhəd keçidi fevralın 19-dan bağlıdır. Taliban rəsmiləri Pakistan tərəfinin xəstələrin keçidi ilə bağlı iki ölkə arasında razılaşmaya əməl etmədiyi səbəbi ilə ötən bazar “Torkham” sərhəd keçid məntəqəsini bağlamışdı.
Hadisədən bir gün sonra Taliban və Pakistan sərhəd qüvvələri arasında silahlı qarşıdurma baş verib və nəticədə bir pakistanlı əsgər yaralanıb.