25 Fevral 2023 23:35
2 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlində minlərlə insan Ukraynaya ağır silahların göndərilməməsi tələbi ilə etiraz aksiyası keçirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aksiyada 13 min insan iştirak edib.

Bundestaqın "Sol" partiyasından olan deputatı Sara Vaqenknext hər kəsi yürüşə çağırıb.

İştirakçılar Ukraynaya silah tədarükünün dərhal dayandırılmasını və atəşkəslə bağlı danışıqlara başlanılmasını tələb ediblər.

Vaqenknext öz çıxışında bildirib ki, bu münaqişədə tanklar deyil, diplomatiya və hər iki tərəfin güzəştə getmək istəyi önəmli olmalıdır.

“Göndərdiyimiz hər silahla dünya müharibəsi təhlükəsi artır”- deyə deputat bildirib.

Vaqenknext münaqişənin bitməli olduğunu və yürüyüşün Rusiya təbliğatı olmadığını xüsusi qeyd edib.


Müəllif: Pərvin Cəfərova