ABŞ-ın 2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər Ukraynaya hərbi yardım üçün ümumi xərcləri 77 milyard dolları keçib.
Teleqraf.com xəbər verir ki, bu müddət ərzində ukraynaya 8,5 mindən çox “Javeline” tank əleyhinə raket kompleksi, 2590 TOW tank əleyhinə raket, 13 min qumbaraatan və atıcı silah, 111 milyondan çox patron, 50 mindən çox digər tank əleyhinə sistem və sursatlar verilib.
Bununla yanaşı, ABŞ-ın hərbi yardımları arasında 45 ədəd T-72B tankı, 300 ədəd M113 ZTR, 250 M117 zirehli avtomobil, 580 minaya davamlı zirehli maşın, 100 zirehli tibbi maşın, 31 MaxxPro MRAP maşını, 31 M190 tankeri və 6 zirehli yük maşını daxildir.
Bundan əlavə, Dünya Bankının mexanizmləri vasitəsilə Ukrayna hökumətinə büdcə dəstəyi kimi 13 milyard dollardan çox vəsait ötürülüb.