Türkiyənin mövqeyi çox açıqdır. Terrorizm NATO üçün iki təhlükədən biridir. Bu, NATO-nun bütün sənədlərində var. Biz əvvəldən deyirdik ki, terrorla bağlı narahatlıqlarımız var və buna uyğun şərtlərimizə əməl olunmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu İsveçin NATO-ya üzvlük prosesini dəyərləndirən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O xatırladıb ki, ittifaq terroru təhdid olaraq görür.
Üçlü Memorandumun tətbiqi ilə bağlı İsveçdən heç bir qənaətbəxş addım atılmadığını bildirən Çavuşoğlu əlavə edib ki, NATO-ya üzvlüklə bağlı öhdəliklər var:
"Bu addımları görmədən İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil. İsveç və Finlandiya ilə daimi mexanizmin üçüncü iclası martın 9-da keçiriləcək. İki iclas keçirildi. Quran yandırma aksiyasından sonra üçüncü iclası təxirə saldıq. 3-cü görüşün Brüsseldə keçirilməsi faydalı olardı. İsveçin öz öhdəliklərini yerinə yetirmədiyini açıq şəkildə görsünlər”.