27 Fevral 2023 15:34
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Rusiyanı təcrid etmək planlarını pozmağa müvəffəq olduq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Dünya köklü və dönməz dəyişikliklər erasına qədəm qoyub. Biz nəinki Qərbin Rusiyanı təcrid etmək, hətta parçalamaq planlarını pozduq, həm də beynəlxalq birlik üzvlərinin böyük əksəriyyəti ilə mütərəqqi əməkdaşlıq qurmağa nail olduq", - Lavrov bildirib.

Son bir neçə ildə Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmaq istəyən ölkələrin sayının sürətlə artdığını bildirən Lavrov, hazırda bu tip iyirmiyə yaxın ölkənin olduğunu qeyd edib: “Yalnız son bir neçə ildə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyən ölkələrin sayı kəskin artıb. Bunlar Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Meksika və bəzi Afrika ölkələri kimi öz regionlarında önəmli rol oynayırlar".


Müəllif: Nemət

Oxşar xəbərlər