Sülh planı nəticə vermədiyi halda Ukraynada hərbi vəziyyət tətbiq edilə bilər.
Teleqraf.com-un UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “5-ci” kanala müsahibəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Pyotr Poroşenko vəziyyəti dəqiq, dürüst qiymətləndirir və böhranın sülh yolu ilə həlli üçün səylərini əsirgəmir. “Prezident həm də Ali Baş Komandandır. Əgər o hiss etsə ki, fəal hərbi əməliyyatlara alternativ yoxdur, onda bir dəqiqə belə tərəddüd etməyəcək”, deyə A.Turçinov bildirib.