27 Fevral 2023 16:42
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun paytaxtı Minsk şəhərindən 12 kilometr aralıda yerləşən Maçulişçi hərbi hava limanında baş verən partlayış nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin A-50U desant təyyarəsi ciddi zədələnib.

Teleqraf.com xəbər verir ki, Belarus mediası təxribata görə məsuliyyəti belaruslu partizanların öz üzərinə götürdüklərini yazır.

BYPOL adlı QHT-nin rəhbəri Aleksandr Azarov bildirib ki, təhlükəsizlik qüvvələrinin həbs etməyə çalışdığı diversantlar artıq Belarusu tərk ediblər.

“Əməliyyat iştirakçıları belaruslardır, “Pobeda” planının iştirakçılarıdır, indi ölkə sərhədlərini tərk ediblər”, - Azarov deyib.

Onun sözlərinə görə, partlayış əməliyyatı bir neçə ay ərzində hazırlanıb.

Rusiya Aerokosmik Qüvvələrində cəmi 9 belə təyyarə var. Bir təyyarənin dəyəri 330 milyon dollardır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər