28 Fevral 2023 20:03
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Qazaxıstanda elan olunan islahatları dəstəkləyir".

Teleqraf.com xəbər verir ki, bunu Astanada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken deyib.

"ABŞ və Qazaxıstan arasında tərəfdaşlıq inkişaf etməkdə davam edir. ABŞ Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkədir və biz bu mövqeyə sadiq qalmağa davam edirik. Mən bir daha vurğuladım ki, digər ölkələr kimi, Qazaxıstan da öz gələcəyini müstəqil şəkildə müəyyən edə bilər. ABŞ Qazaxıstanın elan etdiyi islahatlar proqramını güclü şəkildə dəstəkləyir. Biz konkret addımlar gözləyirik", - o bildirib.

Blinken Astananda digər Mərkəzi Asiya ölkələrinin XİN başçıları ilə də görüşündə ABŞ-ın bu regiondakı ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Blinken Mərkəzi Asiya ölkələrinə ticarət yollarını şaxələndirməyə və bu ölkələrdə iş yerləri yaratmağa kömək etmək üçün ABŞ-ın sentyabr ayında elan etdiyi 25 milyon dollara əlavə olaraq daha 25 milyon dollarlıq yeni maliyyə dəstəyi elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər