ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş C5+1 Forumu çərçivəsində Qazaxıstanın paytaxtı Astanada baş tutub.
Görüş zamanı Blinken ABŞ və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın getdikcə artdığını bildirib.
Tokayev isə ABŞ-nin Qazaxıstana ən çox sərmaye qoyan ölkə olduğunu vurğulayıb.