1 Mart 2023 15:57
4 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki seçkiqabağı yarışda liderdir. Türkiyə əhalisinin 49.8 faizi ona səs verməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, “Areda” Sorğu Mərkəzi Türkiyə vətəndaşları arasında keçirdiyi sorğunun nəticəsində belə qənaətə gəlib.

Müxalif Xalq Cümhuriyyət Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu 21.7 faizlə ikinci yerdədir.

Müxalifət hələlik öz namizədini irəli sürməyib. Müxalif cameənin vahid namizədi sabah 6 müxalifət partiyasının iştirak etdiyi “Altılıq Masası” blokunun son toplantısında müəyyən ediləcək.

Kılıçdaroğlunun blokun namizədi olacağı ehtimal edilir. Onunla yamaşı, Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaşın da şansları var.

Hakim Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyasının yer aldığı Cümhur İttifaqının namizədi isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğandır.

Seçkilər mayın 14-nə təyin edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər