2 Mart 2023 11:16
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasında üç saata yaxın davam edən xüsusi iclasda Çinin iqtisadi, hərbi, rəqəmsal və ideoloji təhdidləri müzakirə edilib, ölkənin milli təhlükəsizliyini təhdid edən fəaliyyətə qarşı təcili tədbirlər görülməsinə çağırış edilib.

Teleqraf.com xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında Çin Kommunist Partiyası (ÇKP) üzrə yeni yaradılmış xüsusi komitə dünən axşam yerli vaxtla saat 19:00-da başlayan və təxminən üç saat davam edən ilk iclasını keçirib.

Bəzi televiziyalarda canlı yayımlanan sessiyada millət vəkilləri Çin administrasiyasının ABŞ milli təhlükəsizliyinə yaratdığı təhdidləri müzakirə edərək, təcili tədbir görülməsinə çağırıblar.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri, general-leytenant H.R. Makmaster və milli təhlükəsizlik müşavirinin müavini Metyu Pottinger, Amerika İstehsalat Assosiasiyasının (AAM) prezidenti Skott Pol komitə ilə fikirlərini bölüşüb və qanunvericilərin suallarını cavablandırıblar.

Komitənin sədri Mike Gallagher bildirib ki, Çinin ABŞ üçün yaratdığı ideoloji, texnoloji, iqtisadi və hərbi təhdidlərə qarşı mübarizə ekzistensial xarakter daşıyır.

Demokrat və Respublikaçı üzvlərin bu mövzuda birgə çalışmalı olduğunu vurğulayan Gallagher qarşıdakı 10 ildə həyata keçiriləcək siyasətin gələcək 100 ili formalaşdıracağını bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər