2 Mart 2023 10:36
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Krasnodar diyarının Yeysk şəhərində baş verən partlayışların nəticələrini əks etdirən peyk görüntüləri dərc edilib.

Teleqraf.com xatırladır ki, aerodroma hücum fevralın 28-də baş verib.

“Sxemlər” tərəfindən yayımlanan foto aerodromun yanında yerləşən hava hücumundan müdafiə poliqonunun ərazisində böyük yanğının nəticələrini göstərir.

Şəkillər 1 mart 2023-cü il tarixinə aiddir. Müqayisə üçün fevralın 22-si üçün foto da əlavə edilib.

Eyni zamanda, peyk qeydə almadığından aerodromun özünün zədələnib-zərər çəkmədiyi hələlik məlum deyil.

Xəbərdə qeyd edildiyi kimi, fevralın 15-nə olan görüntülər daha əvvəl bir sıra Rusiya təyyarələrinin aerodromda olduğunu göstərir. Aerodromun şərq hissəsində iki MiQ-29 qırıcısı, iki sərnişin Tu-134, altı Su-34 və ya Su-37 qırıcısı, iki An-72 nəqliyyatı və bir İl-38 olub.


Müəllif: Nemət

Oxşar xəbərlər