3 Mart 2023 17:00
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahunun xanımı Sara Netanyahu Təl-Əvivdə olduğu gözəllik salonunun etirazçılar tərəfindən mühasirəyə alınmasından ilk dəfə danışıb.

Teleqraf.com xəbər verir ki, ölkənin birinci xanımı həmin an ölüm təhlükəsi ilə üzləşdiyini deyib.

“Bu dəhşətli hadisə qətllə nəticələnə bilərdi. Bu anarxiyaya son qoymağın vaxtıdır. Müxalifət liderlərinin zorakılığı, anarxiyanı və təhrikləri pisləməsinin vaxtıdır”, - xanım Netanyahu qeyd edib.

Martın 1-də axşam saatlarında etirazçılar Sara Netanyahunun qaldığı gözəllik salonunu mühasirəyə alaraq, çıxışı üç saat bağlı saxlayıblar.

Baş nazirin xanımını xilas etmək üçün polis qüvvəsi səfərbər edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər