İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyədə keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, İmamaoğlu namizədinin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu olduğunu deyib.
"Mənim namizədliyim deyə bir məsələ yoxdur. Daha əvvəl də dediyim kimi mənim namizədim partiya sədrimdir", - o bildirib.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək.