İYİ partiyanın sədri Maral Akşənər Türkiyə müxalifətinin “Altılıq Masası” blokundan ayrıldıqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Akşənər blokun son toplantısında prezidentliyə namizəd məsələsində “Masa”dakı digər partiyalarla anlaşa bilmədiklərini deyib.
İYİ partiyanın lideri toplantıda Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxıb.
Akşənər çıxışında namizədliklərini irəli sürdüyü İstanbul və Ankara şəhərlərinin bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşa da müraciət edib:
“Cənab İmamoğlu və Yavaşa çağırış etmək istəyirəm. Sizə atılan bütün böhtanlardan vicdanla çıxdınız. Bütün maneələrə baxmayaraq çox çalışdınız. Siz işinizi ən yaxşı şəkildə gördünüz. Kritik qırılma astanasında millət sizi vəzifəyə çağırır”.