6 Mart 2023 15:40
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul və Ankara şəhərlərinin bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaş İYİ partiyanın sədri Maral Akşənərlə görüşüblər.

Teleqraf.com xəbər verir ki, görüşdən sonra bələdiyyə sədrləri mətbuata ilk açıqlamalarını veriblər.

İmamoğlu açıqlamasında belə deyib:

“Bu gün Ankara böyükşəhər bələdiyyəsinin sədri Mansur Yavaşla hörmətli İYİ partiyanın sədri Maral Akşənərlə görüşdük. Bu ziyarət hörmətli sədrimiz Kamal Kılıçdaroğlunun məlumatı daxilində baş tutdu. Xüsusilə Türkiyəmizin zəlzələdən sonra yaşadığı bu çətin günlərdə “Altılıq Masası”nın strategiyası və varlığının millətimizin və ölkəmizin gələcəyi üçün çox önəmli olduğunun fərqindəyik. Ona görə bura gəldik. Hörmətli sədrlə duyğularımızı bölüşdük”.

Mansur Yavaşın açıqlaması ilə belə olub:

“Biz Millət İttifaqının bələdiyyə sədrləriyik. Hamımız bir araya gəldik və İstanbulu, Ankaranı qazandıq. Yenidən bir araya gəlmək istəyi millətimizin arzusudur, bunu sədrimizə də çatdırmışıq, özü qiymət verəcək”.

Görüşdən əvvəl “Altılıq Masası”nın prezidentliyə namizədinin açıqlanması gözlənilən toplantısı bir saat təxirə salınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər