7 Mart 2023 22:27
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ingilisdilli “The National News” qəzetində “Ərdoğan bu dəfə necə toparlanacaq?” adlı təhlil dərc olunub.

Teleqraf.com xəbər verir ki, məqalədə 20-ci ilini tamamlayan hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Prezident Rəcəb Tayyib Ərdoğan üçün durumun həssas olduğu, amma buna bənzər əvvəlki təcrübələrinə əsaslanaraq bunun da öhdəsindən gələ biləcəkləri bildirilib.

Ərdoğanın siyasi həyatından və karyerasında üzləşdiyi çətinliklərdən bəhs edən BƏƏ nəşri Türkiyə liderinin böhrandan həmişə qalib çıxdığını vurğulayıb:

“İslamçı köklərə malik AKP iqtidarda olduğu 20 il ərzində bələdiyyə seçkiləri (2019) xaricində heç bir seçkini uduzmayıb. Ümumilikdə 10 parlament və referendumda qalib gələrək, liderinin seçici dəstəyini yenidən qazanmaq və iqtidarı əlində saxlamaq üçün düzənli olaraq yeni yollar tapmasını təmin etdi”.

Məqalə müəllifi David Lapeska Türkiyədəki seçkilər üçün “nisbətən azad, ədalətli olmasa da” ifadəsini işlədərək, Ərdoğanın dəfələrlə belə çətinliklərlə üzləşdiyini bildirib:

“Növbəti parlament seçkilərinin 2023-cü ilin ortalarında keçiriləcəyini nəzərə alan bir çox müşahidəçilər yanlış addımlar, xüsusilə də iqtisadi çətinliklərlə bağlı artan narazılıq səbəbindən cənab Ərdoğan və AKP-nin son dönəmlərində olduğunu düşünür. Ancaq Türkiyənin uzun müddətdir rəhbəri olan Ərdoğanın karyerasına nəzər saldıqda görürük ki, bu, onun təəccüblü uğurunu təmin edən məqam ola bilər. Cənab Ərdoğanın neçə dəfə belə çətinliklərlə üzləşdiyini saymaq çətindir.

Şübhə yoxdur ki, cənab Ərdoğan həmişəkindən daha güclü və bu gün Türkiyə siyasətində həlledici qüvvədir. Ərdoğan böhran fırtınası ilə üz-üzədir və partiyasının səslərinin 30 faizdən aşağı qalması ilə bir çoxları onun günlərinin sayılı olduğuna inanır. Amma onu güclü edən məhz bu cür təzyiq ola bilər.

2018-ci ildə Türkiyədə keçirilən son parlament seçkilərində AKP 42 faiz səs toplayıb, prezidentliyə namizəd Ərdoğan isə 53 faizə yaxın səslə şəxsi rekordunu qırıb. O vaxtdan bəri çox şey oldu, amma bu siyasi karyeranın sona çatacağını proqnozlaşdırmaqda səhv edənlərin siyahısı uzundur.

Cənab Ərdoğan nəinki ağrılı böhranlardan geri dönmək üçün qeyri-adi istedad nümayiş etdirdi, həm də bu illər ərzində stress amillərindən güc aldı və böyük təzyiq altında siyasi həllər tapdı. Ərdoğan, şübhəsiz ki, qırılmaz, məğlubedilməz deyil, amma qətiyyən kövrək və zəif də deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər