8 Mart 2023 12:56
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz olaraq keçirilən etiraz aksiyasında 66 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, DİN-in 50-yə yaxın əməkdaşı xəsarət alıb: “Onlardan bir neçəsi cərrahiyə əməliyyatı olunub”.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq faktı ilə bağlı araşdırmalara başlanılıb: “Eirazçılar polis maşınlarına, xüsusi texnikaya ziyan vurub, parlament binasını yandırıb, pəncərələri sındırıblar. Mitinq iştirakçıları Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı fiziki güc tətbiq edərək onlara müxtəlif əşyalar atıblar. Polis ardıcıl olaraq güc tətbiq etmək məcburiyyətində qalıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər